YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azad şəkildə sözünü demək istəyən insanlara güc tətbiq edilir"

Hazırda Fransada olan qarşıdurmalar Emmanuel Makronun siyasəti nəticəsində yaranıb. Azad şəkildə sözünü demək istəyən insanlara güc tətbiq edilir və onlar susdurulur.

Bunu mətbuat konfransında Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor deyib.

O qeyd edib ki, dövlətə edilən müraciətlər gərginliklə qəbul olunur. Gənclərin öldürülməsi, polis zorakılığı, haqsız yerə həbsləri buna nümunə göstərmək olar.