YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

İyulun 5-də Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.  Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.  

Eyni zamanda, Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Sonda xatirə fotosu çəkdirilib.