YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Silahlı qüvvələrimiz qürur mənbəyimizdir”

İyunun 23-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə “Silahlı qüvvələrimiz qürur mənbəyimizdir” mövzusunda Vətən müharibəsi iştirakçılarının, ordu sıralarına yola salınan və bir qrup fəal gənclərin iştirakı ilə görüş keçirilib.

Tədbir iştirakçıları öncə Zərdab şəhər Şəhidlərin xatirə parkını və Heydər Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxışında Silahlı Qüvvələrimizin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması, maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib.

İ.Əliyev 27 sentyabr 2020-ci il tarixdə düşmənin növbəti hücumuna cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edərək Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən, haqq savaşımızda  Ordumuzun göstərdiyi  misilsiz qəhrəmanlıqlardan danışdı.

Daha sonra çıxış edən Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsindən, hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılmasından bəhs edib, Vətən müharibəsində əldə edilmiş qələbənin Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsinin bütün dünyaya nümayiş etdirməsini, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına əldə edilmiş zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmasını diqqətə çatdırdı.

Görüşdə iştirak edən Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan, 44 günlük haqq savaşımızda neçə illərdir işğal altındakı torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsindən, Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin yüksək döyüş ruhundan, gənclərimizin həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri igidliklərdən bəhs etdilər.