Xəbərlər
Bakı-2015 Avropa Oyunlarında yarışların 11-ci günü başladı
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/b13f02d4c79c3b2d35fbe7d3623cf572.jpg&w=360)
Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 11-ci günü başlayıb.
Trend-in məlumatına görə, bu gün atıcılıq, atletika, badminton, boks, kamandan oxatma, sambo və voleybol üzrə yarışlar keçiriləcək.
Oyunların 11-ci günü çərçivəsində 13 dəst medal oynanılacaq: 8-i sambo, 3-ü atıcılıq, 1-i kamandan oxatma, 1-i atletikada.
Azərbaycan idmançıları gün ərzində atletika, atıcılıq, badminton, boks, sambo və voleybol yarışlarında qüvvələrini sınayacaqlar.