YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri...

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanda 1990-ci illərdə ayrı-ayrı təcrübəsiz qrupların bir-birini əvəz etməsi, siyasi oyunların gündəliyə çevrilməsi, vaxtında vahid komandanlıq altında ordunun yaranmaması torpaqların bir hissəsinin, o cümlədən Laçının işğalına gətirib çıxardı. Şuşanın xəyanət nəticəsində təhvil verilməsi artıq Laçının məğlubiyyətini qaçılmaz edirdi. Digər tərəfdən, rəsmi hakimiyyət müdafiə məsələlərinə ciddi diqqət yetirmirdi. AXC-Müsavat cütlüyünün xəyanətkar siyasəti sonda bir sıra bölgələrimizin, o cümlədən 18 may tarixində Laçının işğalına səbəb oldu.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Laçının işğalını böyük faciə kimi qiymətləndirərək bildirmişdir ki, “bu AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur”.

Rəhbərliyin səriştəsizliyi və özbaşınalığı səbəbindən ölkə çətin günlərini yaşadı. Cütlüyün cəmi bir il hökm sürən hakimiyyəti dövründə ölkə anarxiya, xaos, hərc-mərcliklə üz-üzə qaldı. Qanunsuz silahlılar, quldur dəstələri meydan sulayırdılar. Həmin günlərdə məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatın reallığına çevrilmişdi. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın ağır fəsadlarını yaşayır, ölkə parçalanmaq üzrə idi.

AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövr Azərbaycan xalqına böyük fəlakətlər gətirdi. Ölkədə ağır iqtisadi vəziyyəti bir yana qoysaq, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası ilə çıxış etdiyi həssas bir məqamda iqtidarın başıpozuqluğu və səriştəsizliyi Azərbaycan xalqına baha başa gəldi. Ərazilərimiz işğal edildi. AXC-Müsavat cütlüyünün hakimiyyət dövrü Azərbaycan tarixinə ləkə kimi düşdü.

AXC-Müsavat cütlüyünün milli satqınlığı nəticəsində işğal edilmiş torpaqlarımız 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən işğalından azad edildi. Bu gün müasir səviyyədə aparılan bərpa və yenidənqurma işləri nəticəsində düşmən işğalından azad edilən torpaqlar, o cümlədən Laçın şəhəri cənnətə çevrilibdir.