YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Ulu Öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizdə gənclər siyasətinin əsasını qoyub, gənclərə daim xüsusi diqqət və qayğı göstərib.

Deputat əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib, gənclərlə bağlı dövlət qurumlarının yaradılması, bu sahənin qanunvericilik bazasının formalaşdırılması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, ölkə gənclərinin potensialının aşkara çıxarılmasında, onların xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilməsində dövlətimizin müstəsna dəstəyindən bəhs edib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycanın vətənpərvər gəncləri ilə xalqımızın qürur duyduğunu bildirib: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimiz Vətən müharibəsində böyük Zəfər qazandılar”.

BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov, magistrant Ləman Eyyubova ölkəmizdə gənclərin təhsilinə geniş imkanlar yaradıldığını söyləyiblər.