YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı gənclər evi” sosial xidmət müəssisəsinın, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçirilib.

Bilik yarışmasında məktəblilər “Heydər Əliyev kuboku” uğrunda mübarizə aparıblar.

Yarışların final mərhələsində “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri biliklərini sınayıblar.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mükafatlandırma mərasimində çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və digərləri ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğunu vurğulayıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin, eləcə də gənclərin Ulu Öndər irsinin mənimsənməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə Masallı rayon İncəsənət məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edib.

Yarışların yekun nəticələrinə əsasən Bədəlan kənd tam orta məktəbinin komandası birinci, Göyəçöl kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd tam orta məktəbinin komandası üçüncü dərəcəli, Ərkivan qəsəbə 2 nömrəli kənd tam orta məktəbinin komandası isə fərqlənmə diplomlarına layiq görülüblər.

İntellektual bilik yarışının qalibləri təşkilat komitəsi tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bədəlan məktəbliləri isə “Heydər Əliyev kuboku”na sahib olublar.