YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamal rayonunda 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgərdərov, Milli Məclisinin deputatları Anar İsgəndərov, Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev, AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, rayonun fəal gəncləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgərdərov çıxış edərək bildirib ki, XX əsrin əvvəllərində illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq”. Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını müəyyən edib.

Tədbirə bədii hissə ilə yekun vurulub.

DİGƏR Xəbərlər Arxiv