YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbəyə töhfəmiz əvəzsizdir

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatının sədr müavini, Siyasi elimlər üzrə fəlsəfə doktoru

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin əldə olunmasına Azərbaycan xalqının böyük töhfəsi olub. Faşizm üzərində qələbə üçün ölkəmizdən 600 min həmyerlimiz cəbhəyə yola düşüb, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Onlar amansız döyüş meydanlarında faşizmə qarşı fədakarcasına vuruşaraq, bütövlükdə SSRİ dövlətlərini məhf olmaq təhlükəsindən qoruyublar. Xalqımız arxa cəbhədə də misilsiz hünərlər göstərib. Müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçərək, həmvətəhlilərimiz ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıblar.

Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi...O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Veteranların bizim qızıl fondumuz olduğunu vurğulayan Ulu Öndər Heydər Əliyev onların hər zaman hər cür qayğıya və hörmətə layiq olduqlarını önə çəkirdi: Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev qeyd edir ki, biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik.

Bəli, İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının nəvə-nəticələri 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu, azğın düşmənin başını birdəfəlik əzdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixində yeni, şərəfli səhifə açdı.