YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq ideologiyası əsas faktordur

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev Vətəndə və xaricdə yaşayan soydaşlarımızı hər zaman azərbaycançılıq ideyası ətrafında birləşməyi təlqin edirdi. Çünkü Ümummilli lider çox gözəl bilirdi ki, dünya azərbaycanlılarının müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrinin qurulması və inkişaf etdirilməsində azərbaycançılıq ideologiyası əsas faktordur. Aparılan praktik işin nətcəsi olaraq bu ideya həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas milli ideyaya çevrilmişdir. Azəbayacançılıq ideologiyası milli kökdən qaynaqlanaraq xalqımızın milli-əxalqi dəyərləri ilə ümumbəşəri dəyləri özündə biləşdirir. Ümummilli Lider Heydrə Əliyev  hər zaman  vurğulayırdı ki, Azərbaycan xalqı hər zaman ümumbəşəri dəyərlərlə, Avropa dəyərləri ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin inteqrasiyasına çalışmışdır: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir.  Tarixi köklərimizi biz həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq.”

Ulu öndər Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi məsələsini daim diqqət mərkəzində saxlayırdı. Ümummilli Lider diaspor təşkilatlarına daim öz tövsiyələrini verir, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa yönləndirirdi. Ümummilli Lider Heydər Əliyev xarici ölkələrə səfərlər edərkən Azərbaycan icmasının üzvləri ilə də mütəmadi görüşlər keçirir, diasporumuzun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini qeyd edirdi. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı öz tarixinə, öz milli ruhuna, öz milli ənənələrinə sadiq qalmış və bu duyğuları, bu hissləri qəlbində qoruyub saxlamışdır. Əlbəttə ki, Ulu Öndərin  “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri damarlarından azərbaycanlı qanı axan hər bir insan üçün müqəddəsdir. Hər birimiz üçün bu sözlər bayrağımız qədər əzizdir. Ulu Öndərin azərbaycançılıq ideologiyası xaricdəki soydaşlarımız arasında milli birlik yaradıb. Bu, azərbaycançılıq ideologiyasının pozitiv xarakteri olaraq qeyd edilməlidir. Azərbaycançılıq, eyni zamanda, milli ənənəyə söykənir. Bu, həm də milli birlik ideologiyasıdır. Bu ideya, ümumiyyətlə, dövlətiçiliyimizin ideoloji təməlini təşkil edir. Ulu Öndərin təməlini qoyduğu bu siyasət hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.