YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev və Azərbaycan dili

Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə “2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə İsayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva, təhsil işçiləri və YAP fəalları iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə İsayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva çıxış edib, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunduğunu, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etdiyini vurğulayıb, bu siyasətin onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd ediblər.

Bildirilib ki, cənab Prezidentin bu istiqamətdə qəbul etdiyi Fərman və Sərəncamlar xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür.

Sonra tədbir diskussiya formasında davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv