YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ehtiramla yad edirik!

Birinci Qarabağ müharibəsi şəhidi leytenant Nuriyev Arif Ələsgər oğlunun doğum günü adını daşıdığı Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyində qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, liseyin şagird-müəllim kollektivi, şəhidin ailə üzvləri liseydə Vətənin qəhrəman övladının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzeyi ziyarət ediblər.

Şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi yaşayacağı vurğulanıb.

Daha sonra tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, 1971-ci il aprelin 25-də Lerik rayonunda dünyaya göz açan Arif Nuriyev 1994-cü il yanvarın 8-də Ağdamın İlxıcılar kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb.