YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yorulmaz fəaliyyət

Nurəddin İbrahimov

YAP Gəncə şəhər təşkilatının sədr müavini

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu Öndər Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir. Müstəqil ölkəmizin hər bir uğuru böyük şəxsiyyətin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti ilə bağlıdır.

Dövlət rəmzlərimiz bayraq, gerb, himn kimi müqəddəs olan ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizə aparan Ümummilli Lider Heydər Əliyevin sonsuz qayğısı və diqqəti nəticəsində Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşib. Dünyanın ən mötəbər kürsülərində çıxışlarını Azərbaycan dilində səsləndirilən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinin diplomatiya aləminə yol açmasına şərait yaradıb.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin hərtərəfli inkişafında, ümumişlək dilə, dövlət dilinə çevrilməsində yeni mərhələnin başlanğıcı oldu.

Tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış edən, xalqın Ümummilli Liderinə çevrilən dahi şəxsiyyət 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi zaman xalqı, xüsusi ilə ziyalıları ana dilinin saflığının qorunması uğrunda mübarizəyə cəlb edərək müstəqil dövlətçiliyin milli rəmzini məharətlə qorumağa nail oldu. Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən Ulu Öndər Heydər Əliyev yenilikçi təşəbbüsləri, genişmiqyaslı islahatlar ilə ölkənin sosial-mədəni həyatın canlandırılmasına təkan verməklə yanaşı milli-mənəvi dəyərlərin dirçəldilməsini önə çəkdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdir.

Ana dilininin inkişafı, zənginləşməsi üçün bütün zəruri tədbirləri həyata keçirən Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə verdiyi dəyəri belə izah edirdi: “Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir.”

Xalqının parlaq gələcəyi naminə misilsiz xidmətləri ilə tarixdə əbədilik qazanan Ulu Öndər Heydər Əliyev təsdiq etdi ki, ana dilini hifz etmədən, onun xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyil.

Dahi şəxsiyyətin siyasi həyat yolu, fəaliyyəti, ideyaları tariximizin ən yüksək zirvəsinə ucalıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsini Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir. İllər, qərinələr, əsrlər keçdikcə Azərbaycan xalqı Ulu Öndərin bitib-tükənməyən irsinin dəyərini, əzəmətini daha aydın görür.

Bu gün böyük iftixar hissi ilə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin arzularını həyata keçirməsinə, ideyalarının gerçəkləşməsini layiqincə təmin etməsinə şahidlik edirik. Əminik ki, qalib Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, daha da qüdrətli olacaq.