YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putini qarşıladı.

Görüşdə Prezident İlham Əliyev qeyd etdi: “Belə bir bayram günündə Sizin buraya gəlməyinizə Azərbaycanda böyük əhəmiyyət veririk. Biz bunu dövlətlərimiz arasında dostluğun və yüksək səviyyəli əməkdaşlığın təcəssümü kimi qiymətləndiririk. Ölkələrimiz arasında münasibətlər çox müsbət və dinamik inkişaf edir. Bu əlaqələr ildən-ilə daha da yüksəlir. Biz Sizinlə müntəzəm olaraq Moskvada, Bakıda və digər yerlərdə görüşürük. Həmçinin bizim nazirlər müxtəlif səviyyədə görüşlər keçirir və müzakirələr aparırlar. Bütün istiqamətlərdə fəal dialoq aparılır, parlamentlərarası əlaqələr möhkəmlənir, iqtisadi sahədə yaxşı nəticələr var. Dünyada iqtisadiyyatın çətinliklərinə baxmayaraq, biz iqtisadi sahədə də qarşılıqlı əməkdaşlıq potensialımızı artırırıq. Deyərdim ki, humanitar sahədə də bizim əlaqələrimiz nümunəvidir və biz öz uğurlarımızı inkişaf etdiririk. Başqa sözlə, ölkələrimiz arasında münasibətlərin mümkün səviyyəsi əlaqələrimizi daha da inkişaf etdirməyə və gələcəyə nikbin baxmağa imkan verir. Bir daha Azərbaycana xoş gəlmisiniz”.

Azərbaycan Prezidentini tarixi hadisə - ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edən Rusiya Prezidenti Vladimir Putin dedi ki, bu, həqiqətən də beynəlxalq idman hadisəsinə layiq, möhtəşəm, təəssüratoyadıcı bir hadisə, eyni zamanda, istedadla, ləyaqətlə çox gözəl təşkil olunmuş təqdimat idi. Deməliyəm ki, bunu hazırlayanlar əbəs yerə zəhmət sərf etməyiblər, bu tədbir həqiqətən çox gözəl alınıb.

Vladimir Putin qeyd etdi ki, sizin ölkələrimiz arasındakı münasibətlərin səviyyəsi, dövlətlərarası əlaqələr barədə fikirlərinizlə tam razıyam. Sevindirici haldır ki, ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Keçən il artım 12 faizdən çox olub və bu ilin birinci yarısında təxminən 6 faiz təşkil edib. Bütövlükdə bu, onu göstərir ki, azərbaycanlı sahibkarlar bizim mövcud bazarlardakı, o cümlədən ərzaq bazarındakı imkanlardan mümkün qədər daha səmərəli istifadə edirlər. Bu da bizi çox sevindirir. Fikrimcə, əgər bu əməkdaşlıq genişlənərsə, vəziyyət daha yaxşı olacaq. Bu, bizim maraqlarımıza uyğundur. Zənnimcə, biz münasibətlərimizi daha da şaxələndirməliyik. Bunun üçün bütün imkanlar var. Əminəm ki, bütün bu tədbirlər öz müsbət nəticələrini verəcək. Dəvətə görə təşəkkürümü bildirirəm.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar etdilər.

Sonra Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya dövlətinin başçısı Vladimir Putinlə çay süfrəsi arxasında səmimi söhbət etdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putini yola saldılar.

 

DİGƏR Xəbərlər Arxiv