YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin və Bölgə Təcrübə Stansiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.

YAP Tərtər rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblib.

Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə, şöbə müdiri Ziyəddin Mehdiyev, aqrotexnik Mayıl Məhərrəmov və aqronom Zəminə Qasımova Ulu Öndərin ömür yolunun, bioqrafiyasının tariximizin şərəf salnaməsi olduğunu bildirib, Ümummilli Liderin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən danışıblar.

DİGƏR Xəbərlər Arxiv