YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb

Prezident İlham Əliyev aprelin 19-da Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasının sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.