YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli məsələlərin həlli Heydər Əliyev siyasəti ilə bağlıdır

Goranboy rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub.

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidənin önünə tər güllər qoyulub.

Sonra Heydər Əliyev Mərkəzinə, Goranboy Olimpiya İdman Kompleksində Ulu Öndərə həsr olunmuş fotosərgiyə baxış keçirilib, videoçarx nümayiş eetdirilib.

Millət vəkilinin, icra hakimiyyəti başçısının və digər natiqlərin çıxışlarında qeyd olunub ki, silsilə yubiley tədbirləri müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qalib dövlət və xalq kimi  böyük Zəfərimizdən irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmə təsadüf edir.   

Azərbaycan xalqı, o cümlədən goranboylular Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük hərbi Qələbənin, postmüharibə dövründə əldə olunan yüksək siyasi-diplomatik uğurların və təqdirəlayıq sosial-iqtisadi nailiyyətlərin qürurunu fəxarətlə  yaşamaqdadır.

Konfransda Ulu Öndərin dövlətçilik tariximizdə müstəsna xidmətləri, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik  ideyasını  gerçəkləşdirməsi, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olması xüsusilə vurğulanıb.

Bildirilib ki, çağdaş dünyamızda böyük şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir.  Bu nəhəng dühanın milli liderlik səviyyəsini fəth etməsi ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın taleyində həlledici rol oynaması, xilaskarlıq vəzifələrini qətiyyətlə həyata keçirməsi, dövlətini və millətini irəli aparması sayəsində mümkün olmuşdur.

Ulu Öndər istər Sovetlər Birliyi dövründə,  istərsə də müstəqillik dönəmində liderlik funksiyaları qətiyyətlə yerinə yetirmişdir.

Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün məsuliyyətli problemlərinin və ümummilli  məsələlərinin həlli onun adı ilə bağlıdır.

Qeyd olunub ki, XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan Heydər Əliyev müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu və ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət və böyük ehtiramla anılır. Onun ölkəyə bilavasitə rəhbərlik etdiyi bütün dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular və məramlar gerçəyə çevrilmiş,  müstəqilliyimiz əbədi, daimi və dönməz xarakter almışdır.

Ulu Öndərin  ən böyük xidmətlərindən biri də xalqımızın milli, mənəvi, mədəni dəyərlərinin qorunub saxlanılması ilə yanaşı, azərbaycançılıq ideologiyasının formalaşması üçün möhkəm zəmin yaratması  idi. Heydər Əliyevin müəllifi olduğu və gələcəyimiz üçün əmanət etdiyi azərbaycançılıq məfkurəsi xalqımızın ən böyük milli-mənəvi dəyəri kimi qiymətləndirilməlidir.

Heydər Əliyevin ən böyük missiyalarından biri də əsasını qoyduğu hərtərəfli milli  intibahı  özündən sonra inamla davam etdirə biləcək layiqli  varisi və siyasi qüvvəni yetişdirməsi idi. Bu gün  tam  əminliklə  və  qətiyyətlə söyləmək olar ki, möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi inkişaf kursunu qloballaşan dünyanın müasir çağırışlarına uyğunlaşdıraraq uğurla davam etdirir.

Ümummilli Liderin siyasi irsini layiqincə yaşadan, ötən il yaranmasının 30 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası respublikanın yeniləşmə və tərəqqi yolu ilə yüksəlişinin önündə gedir. Ulu Öndərin adını ləyaqətlə daşıyan, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gerçəkləşdirdiyi çoxsaylı layihələrlə müasir həyatımızın bütün sahələrinin inkişafına öz dəyərli töhfələrini verir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son 20 il ərzində həyata keçirdiyi uğurlu dövlət siyasəti və konseptual islahatlar sayəsində regionun lider ölkəsi və Avroatlantik məkanın mühüm strateji mərkəzi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, bütün dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan, qlobal layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən modern dövlətdir.

Ümummilli Liderimizin amallarının həyata vəsiqə alması sayəsində qazanılan yüksək nailiyyətlər, bu günün müzəffər, güclü və qüdrətli Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və cənab İlham Əliyevin müdrikliklə zənginləşdirərək həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir.

DİGƏR Xəbərlər Arxiv