YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti və birinci xanım İrəvanda Avropa çempionatında uğur qazanan türkiyəli atleti təbrik ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli idmançı Nuray Güngörə təbrik məktubu göndəriblər.

Dövlətimizin başçısı və birinci xanımın Nuray Güngörə təbrik məktubunda qeyd olunub: “İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.

Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 16-da Türkiyənin daha iki idmançısını - ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşı və gümüş medal sahibi Qamze Altunu da təbrik etmişdilər.

DİGƏR Xəbərlər Arxiv