YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə şahmat yarışı keçirilib

Tərtər Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yuxarı yaş qrupunun üzvləri və rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgərləri arasında “Heydər Əliyev İli”nə həsr olunmuş şahmat yarışı keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının, Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin və rayon ərazisində yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən yarışda 35 nəfər hərbçi, 20 müəllim və şagird iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.

Tərtər Uşaq-Gənclər İdman-Şahmat məktəbində baş tutan yarışdan öncə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, şəhid atası Bəhruz İsgəndərov, N saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Emin Quliyev yarış iştirakçılarına uğurlar arzulayıblar.

Şahmat yarışında fərqlənən əsgərlər Həsən Ağayev, Zaur Məmmədov, İbrahim Qazaxov, Babək Əliyev, Nurəli Nəcəfov, Məmmədəli Hüseynov və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Tunar Cəlilli YAP Tərtər rayon təşkilatı və Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən fəxri fərmanla təltif olunublar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən şahmat yarışının təşkil olunmasında fəal iştirak etdiklərinə görə N saylı hərbi hissənin polkovniki Seymur Həbibullayev, mayor Nicat Əsədov, mayor Rahim Ələkbərov, baş leytenant Rəşad Abdullayevə də fəxri fərmanlar təqdim olunub.