YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib. 

Konfransda YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Əliabbas Salahzadə, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Sabunçu rayon təşkilatında baş tutan konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir.

Daha sonra çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycan ziyalılarına göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Sadiq Qurbanov qeyd edib ki, dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov ümummilli lider Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından bəhs edib.

Daha sonra çıxış edən partiya veteranı Oruc Məmmədov Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, Ulu Öndərin Azərbaycanın müstəqilliyi ilə bağlı gördüyü işlərdən danışıb.