YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müttəfiqlik münasibətləri dərinləşir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Türk Dövlətləri arasında əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qalxamasında xüsusi rol oynayır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsindən sonra digər türk dövlətləri ilə, o cümlədən Qazaxıstan Respublikası ilə də analoji Bəyannamə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanmışdır.

Azərbaycan  Prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri ölkələrimizin yüksək səviyyədə strateji tərəfdaş və müttəfiq olduğunu bir daha təsdiq edir. Bu səfərin əsas məqsədi Qazaxıstanla müttəfiqlik münasibətlərini möhkəmləndirmək və yeni razılaşmalarla daha da zənginləşdirməkdən ibarətdir.

Dövlət səfəri zamanı ölkə rəhbərləri strateji tərəfdaşlıq və müttəfiqliyin əsas məsələlərini ətraflı müzakirə etdilər. Müzakirələrdə siyasi, ticari-iqtisadi, nəqliyyat, tranzit, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi yer verildi. Danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin bir hissəssinin Azərbaycana tədarük edilməsi və Qərb bazarlarına çıxarılmasının təmin edilməsi məsələsi oldu. Göründüyü kimi Qazaxıstan öz məhsullarının getdikcə daha çox hissəsinin Azərbaycan üzərindən ixracına maraq göstərir.

Görüşlər zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələr üzrə də əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilib və bildirilib ki, reallaşdırılması lazım olan əməkdaşlıq üçün daha böyük potensial mövcuddur. Eyni zamanda Qazaxıstan-Azərbaycan danışıqlarında o da vurğuland ki, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətləri təkcə iki ölkənin deyil, həm də türk dünyasının bütün coğrafiyanın maraqlarını ifadə edir.

Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar onu deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın mənafeyinə xidmət edəcəkdir.