YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda qanvermə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibəti rayon təşkilatının qərargahında qanvermə aksiyası keçirilib.

Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisə, ali təhsil ocaqlarının nümayəndələri, o cümlədən 150 nəfərdən çox partiya fəalı iştirak edib.

Toplanan qan talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.