YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dost ölkə və etibarlı tərəfdaş

“Ölkəmizin xarici siyasətində əsas hədəf hər bir ölkə ilə qarşılıqlı maraq və mənafelərə əsaslanan dostluq, əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Azərbaycan dövlətinin ortaya qoymuş olduğu mövqe məhz bunu təşviq edir. Ölkəmizin regional və qlobal miqyasda artan, güclənən mövqeyi fonunda dost və tərəfdaşlarının da sayı təbii olaraq artır. Azərbaycan bütün hallarda hər zaman ölkələr arasında münasibətlərdə qarşılıqlı maraqlara söykənən, bunun fonunda inkişafı dostluğu xarakterizə edən əlaqələrin qurulmasına zəmin yaradır.” Bunu açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Millət vəkili hesab edir ki. Prezident İlham Əliyevin aprelin 13-də Bosniya və Hersoqovinaya rəsmi səfəri bu baxımdan mühüm önəm kəsb edir: “Sözsüz ki, ölkə başçısının bu səfəri də əlaqələrin daha da inkişafı və dərinləşməsi baxımından təsirli olacaq. Azərbaycan və Bosniya və Hersoqovina arasında səmimi münasibətlər mövcuddur.  Bir ay öncə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin Azərbaycana səfəri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əldə edilən razılaşmaların münasibətlərin sonrakı inkişafı üçün də vacib əhəmiyyət daşıyır. Məhz bu konteksdə Prezident İlham Əliyevin Sarayevoya səfəri əlaqələrin daha da inkişaf etdirilməsi, strateji tərəfdaşlıq səviyyəsində yüksəlməsi baxımından mühüm önəm kəsb edir”.

Deputat iki ölkə arasında dostluq münasibətlərinin ötən əsrin 70-ci illərində formalaşmasına diqət çəkib: “1972-ci ildən Bakı və Sarayevo arasında qardaşlaşma barəsində saziş mövcuddur. Məhz bu tarıxdən Bakı və Sarayevo qardaş şəhərlər hesab edilir. Bunun fonunda iki ölkə hər zaman beynəlxalq platformalarda bir-birinə dəstək verib. 2014-cü ildə baş vermiş təbii fəlakət, eyni zamanda pandemiya dövründə Azərbaycan Bosniya və Hersoqovinaya yardım edib. Həmçinin Azərbaycan tərəfindən Bosniya və Hersoqovinanın bir neçə şəhərində zəruri infrastruktur layihələri icra edilib. Ölkə başçılarının birgə bəyanatında da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç “Azərbaycanın onlar üçün dost ölkə və etibarlı tərəfdaş olduğunu bəyan edib”. Eyni zamanda Bosniya və Herseqovina II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq işini açıq şəkildə dəstəkləyən ölkələrdən olub”.

Sevinc Hüseynova Azərbaycanla Bosniya və Herseqovina arasında bir çox sahələrdə olduğu kimi iqtisadi-ticari əlaqələrin inkişafında dinamizmin müşahidə olunduğunu söyləyib: “Bu baxımdan Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə vacib sənəddir. Bu sənəd iki ölkə arasında inkişafın istiqamətlərini müəyyənləşdirən vacib əhəmiyyət kəsb edir. Sözsüz ki, bu Bəyannamə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində təsirli rol oynayacaq. Prezident İlham Əliyev də iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətinin xüsusi önəmini yüksək dəyərləndirib. Ölkəmizin başçısı vurğulayıb ki, “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.” Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Bosniya və Herseqovina səfəri və əldə edilmiş razılaşmalar ölkələrimiz arasında münasibətlərin ikitərəfli və beynəlxalq miqyasda daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək”.