YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində dəyirmi masa təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon ərazisində yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab sərgisinə baxıblar.

Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, RİH-in əməkdaşı Zabil Paşayev, N saylı hərbi hissənin leytenantı Asim Əzimli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Xəyal Kərimli, gizir İnam Əliyev və əsgər Mustafa Mikayılov çıxışlarında Ulu Öndərin mənalı ömür yolundan, müstəqil dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı kimi çıxış etməkdədir. Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

DİGƏR Xəbərlər Arxiv