YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Önəmli tərəfdaş

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Asiya və Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. 

Qədim tarixi köklərə bağlı olan Azərbaycan-Qazaxıstan münasibətləri bu gün yeni bir müstəviyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, səfər çərçivəsində tərəflər müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Azərbaycan-Qazaxıstan arasında ikitərəfli əmədaşlıq haqqında sənədləri imzalanıb və   yeni imzalanan bu sənədlər  Azərbaycan- Qazaxıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da  ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan  rolu və nüfuzundan xəbər verir. Xüsusilə qeyd etmək lazımdır ki, Astanada dövlət başçılarının iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsi iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin sağlam təməllər üzərində qurulmasının bariz nümunəsidir. Qeyd edək ki, Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib və  Heydər Əliyev küçəsində monument ucaldılıb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra region ölkələri kimi Azərbaycanın Qazaxıstanla olan iqtisadi, ticari və siyasi müstəvidəki əlaqələri yüksək inkişaf tempi ilə davam edir və ölkəmiz öz milli dövlətçilik maraqları çərçivəsində dünyanın siyasi arenasına uğurla inteqrasiya edir.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.