YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələr...

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə, ənənələrə malik xalqlardır. Qazaxıstanda yüz minlərlə soydaşımız yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Astanada mərkəzi küçələrdən birinin Ulu öndər Heydər Əliyevin adını daşıması, eyni zamanda Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında qarşılıqlı möhkəm dostluğun nümunəsidir.

Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir.

Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir. Beynəlxalq arenalarda fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Bu ölkələrin dostluğunun əsasını qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. 

Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşirlər. Hər iki ölkənin marağı bu tranzit xəttinin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. Hesab edirəm ki, Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perespektivi olan bir layihəyə çevriləcək.

Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır.

Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək. Əlbəttə ki, burada Çinlə əlaqələr və onların güclənməsi də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Düşünürəm ki, bu daha çox iqtisadi mahiyyət daşıyan bir layihədir. Bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir:  Hesab edirəm ki, səfər zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhvəsini verəcək.

Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir.

Səfər zamanı Azərbaycan və Qazaxıstan Respublikaları arasında əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən sənədlərin imzalanması, bundan sonra da hər iki xalqın və dövlətin münasibətləriminin güclənməsinə öz tövhəsini verəcəyinə deməyə əsas verir.

DİGƏR Xəbərlər Arxiv