YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlar biri-birini əvəzləyir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərində cənab İlham Əliyevin mütləq qələbəsi xalqın inkişafın davamlılığına dəstəyini nümayiş etdirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, torpaqlarımızın işğalının qarşısını aldı, xalqın sabaha ümidlərini bərpa etdi. Xalq öz xilaskarının ətrafında sıx biləşərək Azərbaycanın yenidən qurumasında Ümummilli Liderə dəstək oldu. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan inkişaf, tərəqqi yoluna çıxaraq qısa müddətdə dünyaya Günəş kimi doğdu.

1993-203-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. 2003-cü ildə Ümummilli Liderin xalqa tarixi müraciəti Azərbaycanın bu günü və gələcəyi üçün bünövrənin əsası oldu. Dahi şəxsiyyət cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi. 2003-cü ildə keçirilən seçkilərdə xalqın böyük əksəriyyəti Heydər Əliyev siyasətinin uğurlu davamına səs verdi, cənab İlham Əliyev Prezident seçildi. Azərbaycanın həyatında yeni dövr başladı. 2003-2018-ci illərdə Azərbaycanın uğurlu inkişafı, cənab İlham Əliyevin Prezident kimi verdiyi hər bir vədini konkret əməli işdə təsdiqləməsi bu illərdə keçirilən 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini  şərtləndirdi.

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Dövlət başçısı İlham Əliyev bu çağırışı da etdi: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər.”  2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Belə ki, ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə artıb. Bu müddətdə işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.  Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.  İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.

Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması siyasi mövqeyinin möhkəmlənməsində də öz sözünü deyir. Ölkəmizin xarici siyasət uğurları biri-birini əvəzləyir. Uğurlarımıza, tarixi ədalətə və beynəlxalq hüquqa söykənərək dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir: “Biz istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.”  Dövlət başçısı İlham Əliyev 18 aprel 2018-ci il tarixdə keçirilən andiçmə mərasimində nəinki Dağlıq Qarabağ bölgəsinin, indiki Ermənistanın da tarixi Azərbaycan torpaqları olduğunu önə çəkərək güclü dövlətin mövcudluğunun vacibliyini belə ifadə etdi: “Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır... Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.”

2018-ci ildən sonrakı dövrdə Azərbaycan daha da gücləndi, qüdrətləndi, Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza formalaşdı. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.