YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zərurət

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 5-də Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri inkişaf və təhlükəsizlik üçün sabit ölkə anlayışının nə dərəcədə vacib olduğunu bir daha xatırlatdı. Bu gün dünyada münaqişə ocaqlarının, gərginliklərin sayı durmadan artır. Bütün bu qarşıdurmalara nəzər yetirdikdə müşahidə edirik ki, vaxtında milli maraqlara söykənən siyasət aparmayan dövlətlər kənar xarici qüvvələrin təxribatlarına qurban gedərək inkişafın əsası olan sabitliyi itirmiş olurlar.

Azərbaycan və Tacikistan həm müstəqilliklərinin ilk illərindəki böhranlı vəziyyətlərə görə, həm də milli maraqlara əsaslanan siyasət aparan sabit dövlətlər olaraq bir çox ortaq xüsusiyyətləri bölüşürlər. Prezident İlham Əliyev səfər çərçivəsində çıxışında qeyd etmişdir: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar.” Bu fikirlər bir çox ölkələr üçün ən etibarlı inkişaf yoludur. Azərbaycanın uğurlu inkişaf modeli bu fikirlərin əyani reallığını sübut edən nümunədir. Əgər vaxtında xalqımız müdrik qərar verərək təkidlə Ulu Öndər Heydər Əliyevi öz müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycana rəhbərlik etməsinə çağırış etməsəydi, bu gün bəlkə də müstəqil Azərbaycan adında bir dövlət olmazdı. Ulu Öndər Heydər Əliyev iqtisadiyyatı dağılmış, ərazisi işğal edilmiş, siyasi-sosial vəziyyətin çıxılmaz dərəcədə mürəkkəb olan Azərbaycanı milli maraqlara əsaslanan müdrik siyasət əsasında qısa müddətdə sabit və təhlükəsiz bir dövlətə çevirdi. Prezident İlham Əliyev isə Azərbaycanı bəzi inkişaf etmiş ölkələrin yüz ilə nail olduğu inkişaf səviyyəsinə cəmi 20 ilə çatdırdı. Ən əsası isə ölkənin ərazi bütövlüyünü təmin etdi.

Tacikistan da Azərbaycanla oxşar inkişaf təcrübəsinə malikdir və hazır ki dövrdə əlaqələrin daha da yüksək səviyyə çatdırılması tarixi zərurətdir. Səfər çərçivəsində imzalanan sənədlər coğrafi cəhətdən sərhədlərimizin qonşu olmadığı ölkələrimizi bir-birinə daha da yaxın edərək gələcək üçün hər iki tərəfə siyasi, sosial və iqtisadi cəhətdən daha çox fayda vermiş olacaq.