YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın inkişaf modeli nümunədir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri 

11 aprel 2018-ci il prezident seçkilərindən 5 il keçir. Xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti dəfə Prezident seçilən cənab İlham Əliyevin qələbəsi təbii ki, 2003-2018-ci illərin uğurlarına söykəndi. Müasir müstəqin Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 2003-ci ildə xalqa tarixi müraciəti Azərbaycanın bugünkü inkişafının əsası oldu. Ümummilli Lider Özünün sona çatdıra bilmədiyi işlərin, planların cənab İlham Əliyevin xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracağına əminliyini ifadə etdi.  “Ona Özüm qədər inanıram” çağırışı inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycanın uğurlarının 2003-cü ildən sonrakı dövrdə də davamına, Azərbaycanın gələcək taleyinin etibarlı əldə olmasına arxayınlığına çağırış idi.

2003-cü ildə keçirilən andiçmə mərasimində qarşıdakı illərdə görüləcək işləri açıqlayan dövlət başçısı İlham Əliyev bu vədi vermişdir: “Ancaq bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına soz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.”

Bu vədə sadiqlik Azərbaycanın davamlı inkişafını təmin etməklə yanaşı, cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini şərtləndirdi. Cənab İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində bildirmişdir: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.”

5 il zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə bu günə qədərki uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır. Ən əsası Azərbaycan bu uğurların zirvəsində dayanan tarixi Zəfərə imza atdı. Prezident İlham Əliyev 2018-ci ildə keçirilən andiçmə mərasimində bu fikri də böyük əminliklə qeyd etmişdir ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Bu günümüzün reallıqları fonunda qürurla qeyd edirik ki, Azərbaycanın hər bir sahədə təcrübəsi nümunədir. Dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dünyaya səs salan, Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, xalqımızın birliyi sayəsində 44 günlük İkinci Qarabağ mharibəsində qazandığımız tarixi Zəfərin reallıqları fonunda  ölkəmizin həyatında yeni bir mərhələ başlayıb. 2020-ci ilin sonlarından işğaldan azad edilmiş ərazilərimizdə başlayan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın malik olduğu imkanların, gələcək inkişafının dünyaya təqdimatıdır. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.

DİGƏR Xəbərlər Arxiv