YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda ağacəkmə aksiyası keçirilib

Yasamal rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisinin deputatı Ülvi Quliyev, Bakı Dövlət universitetinin rektoru Elçin Babayev, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində 200 ədəd eldar şamı ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.