YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin xatirəsi anılıb

Gədəbəy rayonunun Maarif kəndində şəhid Məmişov Tural Tələt oğlunun və İnəkboğan kəndində şəhid Allahverdiyev Turxan Rəsul oğlunun doğum günündə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.