YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tənəzzüldən tərəqqiyə…

Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı “Gənclər küçəsi 7” ünvanı üzrə ərazi partiya təşkilatında “Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və milli-mənəvi dəyərlərimizin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev Ümummilli Liderin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş gətirdi. Dahi rəhbər Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığı, ölkəmizin yeni tarixi nailiyyətlərə imza atdığı, Azərbaycanın qalib ölkəyə çevrildiyi xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən “Gənclər küçəsi 7” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tahir Kazımov və digərləri Ulu Öndərin həm sovet, həm də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə mədəni və tarixi irsin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin və digər sahələrin himayəçisi olduğunu bildirib, əldə olunmuş nailiyyətlərdən danışıblar.