YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sivilizasiyalararası dialoqa xüsusi önəm verilir

Azərbaycan Prezidenti İlham Əliyevin Roma Papası Fransiskə ünvanlandığı məktub İtaliya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

“Agenzia Nova”, “AgenSIR”, “Agenparl” kimi informasiya portallarında yayımlanan məlumatlarda Prezident İlham Əliyevin Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə məktub ünvanlandığı qeyd olunub və məktubda yer alan fikirlərə diqqət çəkilib. Prezident İlham Əliyevin təbrik məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdiyini vurğuladığı bildirilib.

Həmçinin qeyd edilib ki, Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığa xüsusi əhəmiyyət verir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamını ifadə edib. Həmçinin vurğulanıb ki, məktubda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığın birgə səylərlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə inam ifadə olunub.