YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü fəaliyyətin nəticəsi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycanda qadınların hüquqlarının qorunması və uğurlu gender siyasətinin təşkili məsələsi Ulu öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.

1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev dühası öz fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaradıb. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun maariflənməsində misilsiz  xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev bütün dönəmlərdə qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. 

Qeyd edək ki, 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu,  vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olub.

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görür, tədbirlər həyata keçirir. Ulu öndər Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı  baş tutub. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Çünki qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoyub. 

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək deyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.”

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin qadınların dövlət sturukturlarında, parlamentdə və digər ictimai-siyasi təşkilatlarda geniş təmsil olunmasına xüsusi diqqət yetirlib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.