YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik işğal bitsə də...

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Münhen Təhlükəsizlik Konfransı dövlətlərin təhlükəsizliyinə qarşı atılan addımların qarşısının alınması istiqamətində görülən işlərin müzakirəsi, hərbi, siyasi, hətta iqtisadi məsələlərin həlli istiqamətində görüşlərin keçirilməsi üçün yüksək səviyyəli platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir

Dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransının əsas proqramı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"adlı plenar iclasda debat formasında geniş və məntiqli çıxışında tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan iki il əvvəl torpaqlarının 30 illik işgalına son qoyaraq  tarixi ədaləti və beynəlxalq hüqüqu bərpa etdi. Bununla yanaşı, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasinin müvafiq qətnamələrini özü icra etdi. 30 illik işğal bitsə də onun ağir fəsadlari hələ də qalmaqdadir. İşğal nəticəsində Azərbaycanin 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Biz müharibələrin nə dərəcədə dağıntılar və əziyyət gətirdiyini bilirik. Buna gorə də hamıdan çox sülhün bərqərar olmasini istəyirik. Ermənistanla Azərbaycan arasinda sülh sazişi ilə Azərbaycan və Ermənistan arasında 30 il davam etmiş toqquşmadan sonra qarşiliqli ədavət və düşmənçiliyə son qoyulmalidir.

Beynəlxalq təşkilatların fəaliyyətsizliyinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, torpaqlarimizin 20%-i 30 il ərzində Ermənistanin işğalı altında olub. Ermənistan beynəlxalq hüquq normalarını pozub, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib. Bunun üçün dünya müstəvisində əlaqədar qurumlar tərəfindən onlara qarşı heç bir sanksiya tətbiq olunmadı. Təəssüf ki, bu ədalətsizliyi biz 3000-dən çox insan həyatini qurban verərək xalq, rəhbər, ordu birliyinin gücü ilə aradan qaldırmalı olduq.

Artıq müharibənin nəticələri və Azbaycanın yaratdığı yeni reallıq beynalxalq ictimayət tərəfindın qəbul olunub. Bütün dünya gördü ki, Azərbaycan ədaləti güc vasitəsi ilə bərpa etməyə məcbur oldu. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kurs haqq, ədalət, eləcə də, beynəlxalq humanitar hüququn təməl prinsiplərinə əsaslandığı üçün dünya ictimaiyyətinin demokratik təbəqəsi tərəfindən qəbul edilməsi danılmaz həqiqətdir.