YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın partiyası

YAP Hacıqabul rayon təşkilatının təsis edilməsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının təsis edilməsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən və xalqın istəyi ilə, ulu öndər Heydər Əliyev dühası və siyasi iradəsi işığında yaradılıb.

Qeyd edib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır.

Tədbirdə vurğulanıb ki, gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır.