YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Son günə qədər...

Qardaş ölkəyə lazım olan dəstək veriləcək

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi.

Fevralın 8-də Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermiş və Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün son günə qədər lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Bütün  bunlar bir daha onu sübut edir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Dövlətlərimiz isə dost-qardaş dövlətlərdir və bu münasibətlər sarsılmazdır.

Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.

Həmçinin ölkəmizdə qardaş ölkədən olan yaralıların müalicə olunması üçün xəstəxanalarda da müvafiq şərait yaradılmış, eyni zamanda Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı 8 fevral tarixdən etibarən Türkiyəyə ezam olunaraq baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Kahramanmaraşda fəaliyyətə başlamışdır. Bütün bunlar dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan və Türkiyə təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinə malikdirlər.

Qardaş Türkiyə dövləti və türk xalqı dəhşətli zəlzələ ilə əlaqədar çətin günlərdən keçir. Lakin Türkiyə dövləti güclü dövlət, türk xalqı isə böyük xalqdır. Odur ki, bu çətin günlər də geridə qalacaq və qardaş Türkiyə bu çətin sınaqdan qısa zamanda çıxacaqdır. Azərbaycan dövləti və xalqımız isə hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır.