YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran azərbaycanlılara qeyri insani, düşmənçilik münasibəti göstərir

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror hadisəsi bir daha rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik mövqeyinin sübutudur. Hadisədən dərhal sonra terrorçunu mətbuat qarşısına çıxarılması, terror aktının məişət zəminində baş verməsinin bildirilməsi, daha sonra terrorçunun ruhi xəstə olmasının iddia olunaraq psixiatriya xəstəxanasına yerləşdirməsi teraktın İran xüsusi xidmət orqanlarının əvvəlcədən hazırladığına dair güclü əsaslar yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Deputat təəssüflə qeyd edib ki, İran Xarici İşlər Nazirliyi də terrorçunun dili ilə danışır: “Bu gün İran Ermənistandan başqa bütün qonşu dövlətlərlə düşmənçilik siyasəti aparır. İranın Azərbaycana qarşı yeritdiyi siyasət Ermənistan siyasəti ilə eynidir. İran da Azərbaycanın ərazi bütövlüyünə təhdidlər yaradır və soydaşlarımızı qətlə yetirir.

Buna daha bir sübut bir neçə gün bundan öncə İranın Cənubi Azərbaycan əyalətlərində baş vermiş güclü zəlzələ nəticəsində İran hakimiyyəti tərəfindən azərbaycanlılara qeyri insani, düşmənçilik münasibəti göstərməsidir.

Evləri dağıdılmış minlərlə azərbaycanlıya bu şaxtalı soyuq havada heç bir yardım göstərilmir. Uşaqlar, qocalar qadınlar acından və soyuqdan zülm çəkirlər. Azərbaycanlıların yaşadıqları digər əyalətlərdən yardım gətirmək istəyən insanlar da incidilir, yardım çatdırılmasına maneçilik törədirlər. Bu artıq insanlığa qarşı törədilən bir cinayətdir”.