YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Çinin təşəbbüslərini dəstəkləyir

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev də iştirak edərək, çoxsaylı əhəmiyyətli görüşlər keçirdi, bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etdi.

Davos Forumunda bu il dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak etdi. Dünya İqtisadi Forumu yanvarın 16-20-də “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirildi. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Ona görə, Azərbaycan Prezidenti Forum çərçivəsində çıxışlarında ölkəmizin iqtisadi uğurları, işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən layihələr, bərpa-tikinti işləri və bu prosesdə dünyanın böyük şirkətlərinin iştirak etməsi üçün çox yaxşı fürsətin olduğunu nəzərə çatdırdı. Prezident İlham Əliyevin Davosda apardığı müzakirələr gələcəkdə Azərbaycanın bir sıra dövlətlərlə əməkdaşlığına, eyni zamanda ölkəmizə yeni investisiyaların cəlbinə mühüm töhfə verəcək.

Davos səfəri zamanı Prezident İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibə də verib. Dövlətimizin başçısı müsahibəsində Azərbaycanın Çin tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” layihəsinə ilk gündən müsbət yanaşdığını vurğulayıb. Ölkə başçısı qeyd edib ki, 30 il ərzində davam edən siyasi münasibətlər artıq Çin və Azərbaycanın yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir.

Çinli müxbirin suallarını cavablandıran Prezident İlham Əliyev Azərbaycanda investisiya mühitinin olduqca müsbət olduğunu söyləyib. Prezident deyib ki, ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlsə də, indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar prioritetlər sırasıdadır.

Azərbaycan Çinlə yaşıl enerji sahəsində də əməkdaşlıq etmək niyyətindədir. Bu sahədə ölkəmizin böyük potensialı var, Çin isə daha çox yüksək texnoloji nailiyyətlərlə tanınır.

Prezident İlham Əliyev bəşəriyyətin son zamanlar üzləşdiyi qlobal problemlərə də diqqət çəkərək, ölkələrin daha təmkinli və insanlığın xilasına yönələn addımlar atmalı olduğuna işarə edib. Ölkə başçısı bildirib ki, silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi məsələlər təəssüf ki, fundamental problemlərə çevrilib.

Davos Forumu bir daha nümayiş etdirdi ki, böyük dövlətlərin liderləri Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab edirlər və əməkdaşlıq məsələlərində ölkəmizin adının ilk sıralarda olmasını arzulayırlar.

DİGƏR Xəbərlər Arxiv