YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Muxtar Qasımlının xatirəsi anılıb

Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Sonra “Qəhrəman Muxtar Qasımlı” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Binəqədi Rayon Mərkəzi Mədəniyyət evinin direktoru Şahin Səmədov, şəhidin valideynləri Əli Qasımov və Almaz Qasımova bildiriblər ki, ana Vətənimizi qoruyan, uğrunda canından-qanından keçən igid oğul və qızlarımızın xatirəsini yad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ən uca və müqəddəs zirvəni - şəhidlik zirvəsini fəth edənlərin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Çıxışlarda şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edilib.

Sonda Binəqədi rayon 182 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında şəhid Muxtar Qasımlıya həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şəhidin ailə üzvlərin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv