YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniya komandasının “Bakı-2015” birinci Avropa Oyunları üçün bayraqdarı müəyyənləşib

Estoniya komandasının “Bakı-2015” birinci Avropa Oyunları üçün bayraqdarı müəyyənləşib.

Birinci Avropa Oyunlarının açılış mərasimində bayrağı daşımaq ikiqat dünya çempionu, “London-2012”-də yunan-Roma güləşi yarışlarının bürünc mükafatçısı Heiki Nabiyə həvalə olunub.

Estoniya komandasının tərkibinə qılıncoynatmanın şpaqa növü üzrə güclü heyət daxildir. Bu idmançılar arasında ikiqat dünya çempionu Nikolay Novosjalov, 2013-cü ildə qadınlar arasında fərdi yarışlarda Avropa çempionu Yuliya Belyayeva, həmin il komanda yarışlarında qızıl medal və 2014-cü il dünya çempionatının komanda yarışlarında gümüş medalların sahibləri İrina Embirç və Erika Kirpu var.

Cüdoçu Künter Rotberg 2006-cı ildə Avropa çempionatının bürünc medalına yiyələnib. Yunan-Roma güləşçisi Ardo Arussar və atıcılıq üzrə idmançı Anzela Varonova da “London-2012”-nin iştirakçılarıdır.

 

DİGƏR Xəbərlər Arxiv