Xəbərlər
Heç bir məhdudiyyət yoxdur
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/969cca3d1a1df36e0ffed72c2c587c79.jpg&w=360)
Ekoaksiyanın iştirakçıları yanvarın 12-də səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.