YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanların sosial vəziyyəti daha da yaxşılaşacaq

“İllərlə Azərbaycanın dövlət büdcəsi artır və 2023-cü ildə 2 milyard manata qədər artaraq müstəqillik tarixində rekord həcmdə büdcəmiz təsdiq olunub. Büdcəyə daxil olmalarda qeyri-neft sektorunun iştirakı illərlə artır. Bir qayda olaraq büdcə böyüdükcə sosial layihələrə ayırmaların həcmi də artır. Cənab Prezidentin minimum əmək haqqını 15 faiz artıraraq 345 manata çatdırması onu göstərdi ki, dövlət gəlirləri sosial layihələrə yönəldilir. Dövlət başçısı sərəncamında Nazirlər Kabinetinə pensiyaların və müavinətlərin artırılması barəsində təkliflər hazırlanması barədə tapşırıq verdi. Bu, o deməkdir ki, artıq milyonlarla insan cənab Prezidentin bu sərəncamından yararlanacaq”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. 

O deyib ki, yeni sərəncamdan irəli gələrək pensiyalar və müavinətlər artacaqdır: “İnsanların sosial vəziyyəti daha da yaxşılaşacaq. Əlbəttə, zamanla daha çox artımın olacağı gözləniləndir. Bu isə iqtisadiyyatımızın güclənməsindən, işğaldan azad edilmiş zonalarda artıq infrastrukturun işə düşməsi, insanların öz dədə-baba torpaqlarına qayıtması ilə bağlı olan məsələlərdir. Azərbaycanın milli valyutası olan manat stabilliyini qoruyub saxlayır. Yeni iş yerləri yaradılır, əmək haqları, pensiyalar, müavinətlər vaxtında verilir. Bəhs olunan sərəncamın daha çox insanın sosial vəziyyətinə müsbət təsir edəcəyini düşünürəm”.