YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya azərbaycanlılarını birləşdirən dövlət

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

Buna görədə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli günü Ulu öndər Heydər Əliyevin adı ilə və  zəhməti ilə bağlıdır. 

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirlərini söyləyən Ulu öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar Liderdir.

Milli dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

 Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. 

Xüsusilə qeyd etmək lazımdır ki, əsası Ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulan bu həmrəylik ölkəmizin daxilində də özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük şanlı Vətən müharibəsi zamanı sarsılmaz xalq-Prezident birliyi deyilənlərə bariz nümunədir.

DİGƏR Xəbərlər Arxiv