YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsrailin Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Benyamin Netanyahunu İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Dövlətimizin başçısı təbrik məktubunda tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Məktubda deyilir: “Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Sizin xidmətləriniz böyükdür”.

Bu ilin noyabrında Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi barədə qərarın qəbul olunduğunu xatırladan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək.

“Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə məktubda qeyd olunub.