YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəlbəcər rayon təşkilatında Həmrəylik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Həbib Misirov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərindən, partiyanın keçdiyi 30 illik inkişaf yolundan danışıb. Bildirib ki, böyük ictimai-siyasi xadim ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin xalqımızın tarixində ən parlaq səhifə olduğunu deyən H.Misirov Zəfərin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətini və xalqın ona inamını xüsusi vurğulayıb.

Partiya üzvləri Məhiyəddin Abdurəhmanov, Tofiq Əhmədov, Raqif Səmədov, Kamran Nəsibov və başqaları çıxışlarında bildiriblər ki, İkinci Qarabağ müharibəsi dövründə göstərdiyimiz birlik əsasında şanlı Zəfərə necə imza atdıqsa, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə reallığa çevrilməsində də eyni həmrəyliyi nümayiş etdiririk.

DİGƏR Xəbərlər Arxiv