YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Təftiş Komissiyasının iclası keçirilib

Dekabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyası tərəfindən 2022-ci ilin ikinci yarımilliyi ərzində partiyanın yerli təşkilat aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları müzakirə olunub. Eyni zamanda, YAP Təftiş Komissiyasının 2023-ci ilin birinci yarımilliyinə dair İş planı müzakirəyə çıxarılıb. 

YAP Təftiş Komissiyasının üzvləri – Nizami Səfərov, Elman Nəsirov, Aydın Hüseynov, Cavanşir Paşazadə, Səməd Seyidov, Musa Musayev, Naqif Həmzəyev və Badam Hüseynova gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Gündəliyə çıxarılan məsələlər müzakirələrdən sonra təsdiq olunub.