YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhməramlıların növbəti minik avtomobili Laçın-Xankəndi yolundan maneəsiz keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, bunda əlavə, bu gün səhər saatlarında Rusiya sülhməramlılarına məxsus minik avtomobili Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edib.