YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər daim ehtiramla xatırlanır

Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan kapitan Əliyev Xəyyam Əlixan oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, ictimaiyyət nümayədələri Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları şəhidin ailəsinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, həmçinin Vətən müharibəsi şəhidi baş leytenant Həmidov Mixail Hamlet oğlunun doğum günü münasibətilə İkinci Fəxri xiyabanda məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Şəhidin ailəsi də ziyarət olunub, dərin hüznlə başsağlığı verilib.

DİGƏR Xəbərlər Arxiv