YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında ərazi partiya təşkilatlarından partiya sıralarına yeni qəbul olunan şəxslərlə görüş keçirilib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov iştirak ediblər.

Rəşad Mahmudov bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə qazanan YAP fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanıb. YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalıb.

Sonda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv